İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın baş naziri və XİN rəhbəri Rusiyaya səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri aprelin ikinci yarısına, ölkənin xarici işlər naziri Ararat Mirzoyanın isə aprelin 8-nə planlaşdırılıb.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri (aprelin ikinci ongünlüyü) və xarici işlər naziri Ararat Mirzoyanın (8 aprel) işgüzar səfəri planlaşdırılır. Müxtəlif səviyyələrdə digər təmaslar üzərində iş aparılır”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR