Onlayn ictimai-siyasi qəzet
Ermənistan hakimiyyətinin Avropa İttifaqına üzvlük prosesinə yaşıl işıq yandırmasından dərhal sonra Rusiyadan xəbərdarlıqların daha praktiki forma aldığı bildirilir. Məsələn, Rusiyaya müəyyən malların idxalı və ixracı məhdudlaşdırılır.
Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Son həftələrdə qızıl ixracının həcminin xeyli azaldığı barədə məlumatlar var. Məlumdur ki, Avropanın Rusiyaya qarşı sanksiyalarından sonra Ermənistan qızıl bazarında Rusiyadan təkrar ixracla bağlı görünməmiş aktivlik müşahidə olunub və bu da öz növbəsində yüksək iqtisadi göstəriciləri - böyük büdcə gəlirlərini təmin edib.
Ermənistan Rusiya qızılını idxal edir, sonra onu zərgərlik məmulatı şəklində Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə ixrac edir. Beləliklə, 2023-cü ildə ixrac edilən qızılın ümumi dəyəri 1,8 milyard dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 4,4 dəfə çoxdur.
2024-cü ildə bu rəqəm təxminən 4 dəfə artıb. Zərgərlik məmulatlarının istehsalında kəskin artım bir müəssisə – hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Xaçatur Sukiasyanın ailəsi ilə bağlı olan İrəvan Zərgərlik Zavodu və onlara məxsus “Sil Kapital” qrupu tərəfindən təmin edilib”, - məlumatda deyilir.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ