İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan növbəti həyasızlıq: BMT-yə nota verdi

BMT-nin Ermənistandakı rezident əlaqələndiricisi vəzifəsini icra edən Lila Piters Yahya martın 19-da Ermənistan XİN-ə dəvət olunub.

Musavat.com bu barədə Ermənistanın News-NEWS.am saytına istinadən xəbər verir.

Respublika Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən yerli mediaya bildirilib ki,  Lilu Pieters Yahya ilə görüşdə Şuşa şəhərindəki tədbir müzakirə mövzusu olub. Bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyi martın 18-də Şuşa şəhərində təşkil olunmuş tədbirdə BMT-nin Azərbaycandakı nümayəndəliyinin iştirakını qətiyyətlə pisləyir. Müzakirələrin gedişində bununla bağlı rəsmi İrəvanın etirazı təqdim olunub. BMT-dən “Qarabağ münaqişəsi” kontekstində BMT-nin neytral mövqeyini bərpa etmək üçün addımlar atmaq tələb edilib.

Bununla da Ermənistan XİN növbəti absurda və həyasızlığa imza atıb. Təsəvvür edin, BMT TŞ-nin 4 qətnaməsini 28 il ərzində icra etməyən ölkə bu quruma nota verir…

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR