İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan Bakıdakı tədbirlə bağlı təxribatçı addım: “Zəngilana getməyin”

Milli Məclisin sədri Sahibə Qafarova ATƏT PA ilə Azərbaycan parlamentinin birgə təşkilatçılığı ilə keçirilən iclasda çıxış edib.

Musavat.com xəbər verir ki, spiker iştirakçıları səmimi salamlayaraq, mötəbər tərbir iştirakılarına uğurlar arzulayıb. “Yaşıl iqtisadiyyat, internet bağlantısı və davamlı inkişaf vasitəsilə təhlükəsizliyin və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda keçirilən konfransı yüksək dəyərləndirən S.Qafarova müzakirə mövzularının önəmindən bəhs edib. Sədr çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin vurduğu dəhşətli zərbələrdən də danışıb. Bildirib ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. S.Qafarova çıxışında Ermənistanın Bakıdakı tədbirlə bağlı da təxribata əl atdığı barədə sensasion məlumatı açıqladı.

Bildirdi ki, toplantı iştirakçıları aprelin 23-də işğaldan azad olunmuş Zəngilana səfər etməyi, həmçinin Ağalı kəndinə baş çəkməyi planlaşdırır. Amma Ermənistan nümayəndə heyəti ATƏT PA-nın üzvlərinə müraciət edərək Zəngilana səfər etməməyi məsləhət görüb: “Ermənistan tərəfi məktub göndərib ki, nümayəndə heyəti Zəngilana səfər etməsin. Siz öz gözlərinizlə görəcəksiniz ki, Ermənistan 30 il ərzində Zəngilanı necə dağıdıb. Daha sonra Azərbaycanın bərpa işlərini necə həyata keçirdiyini görəcəksiniz”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR