Onlayn ictimai-siyasi qəzet
Bu gün, sentyabrın 30-da İrəvanda Ruben Vardanyan və Azərbaycan tərəfindən həbs edilən digər separatçılar dəstək nümayişi keçirilir.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Xatırladılır ki, Vardanyan qondarma “artsax”ın və Ermənistanın həyatına “təkcə ictimai və dövlət xadimi kimi deyil, həm də xeyriyyəçi və iş adamı kimi əvəzsiz töhfələr verib”. Qarabağdakı keçmiş terrorçu rejimin keçmiş oyuncaq “dövlət naziri” Ruben Vardanyan 27 sentyabrda Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Ermənistan mətbuatı artıq gorbagor olmuş oyuncaq qurumun “keçmiş xarici işlər naziri” David Babayan, müdafiə ordusunun keçmiş komandiri” Levon Mnatsakanyan, “təhlükəsizlik şurasının keçmiş rəhbəri” Arşavir Gharamyan və “müdafiə nazirinin keçmiş müavini” David Manukyanın saxlandığını da xatırladıb.
Belə görünür ki, etirazçılar Nikol Paşinyana qarşı hər hansı uğur əldə edə bilmədikləri üçün “val”ı dəyişməyə, diaspora, kilsə və rusiyameyillilərin dəstəyini bu yolla əldə etməyə çalışırlar.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ