Onlayn ictimai-siyasi qəzet
Ermənistan hökuməti Rusiya ilə münasibətlərin pisləşməsi variantında yarana biləcək iqtisadi problemlərlə bağlı müzakirələr aparır.
Musavat.com xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan martın 12-də jurnalistlərlə görüşündə açıqlayıb. Ondan Rusiya ilə münasibətlərin dəyişəcəyi təqdirdə mümkün iqtisadi nəticələrlə bağlı müzakirələrin olub-olmaması soruşulub və o, belə müzakirələrin başlandığını deyib.
O izah edib ki, müvafiq işçi qrupları fəaliyyət göstərir. Qalstyan əlavə edib ki, Mərkəzi Bankın Ermənistan hökuməti ilə müzakirələri davam edir: “Bu qrupun işinə bizim mütəxəssislər cəlb olunub. Yaxşı olar ki, bu qrupun rəhbərlərinə sual verəsiniz”.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ