İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Rusiya yönümlü müxalif bloger azadlığa buraxılıb

Gorusda saxlanılan erməni bloger Mika Badalyan azadlığa buraxılıb.

APA xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, onunla yanaşı Sputnik Armeniya"nın radiosunun şərhçisi Aşot Gevorkyan da azadlığa buraxılıb.

Xatırladaq ki, sentyabrın 6-da və 7-də Sünik rayonunda Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti tərəfindən Cinayət Məcəlləsinin 335-ci maddəsinin 2-ci hissəsi ilə başlanmış cinayət işi çərçivəsində cinayətin törədilməsində əsaslı şübhə ilə Ermənistan Respublikasında Mika Badalyan və Aşot Gevorkyan da daxil olmaqla 7 nəfər həbs edilərək İstintaq Komitəsinə təhvil verilib.

Erməni bloger Mika Badalyan “odlu silahların qanunsuz dövriyyəsi” ittihamı ilə 72 saat müddətinə saxlanılmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR