İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda qızlar orduya çağırılır

Ordusunu komplektləşdirə bilməyən, fərarilərin sayı gündən-günə artan Ermənistanda indi də qızların orduya cəlb edilməsi istiqamətində təbliğat başlayıb.

Musavat.com bildirir ki, Ermənistan Müdafiə Nazirliyi altı aylıq məcburi hərbi xidmət keçmək üzrə olan ilk qızın videosunu yayıb.

Məlumata görə, Milena Yenokyan proqramlaşdırma ilə məşğuldur, iki il Vazgen Sarkisyan adına Hərbi Akademiyaya qəbul olmaq üçün ərizə verib.

Lakin görmə problemlərinə görə qəbul edilməyib. Müəyyən düzəlişdən sonra xidmətə yararlı elan edilib.

Ermənistan MN bildirib ki, qız idmanla məşğul olur və ali hərbi təhsil almaq istəyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR