İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda qətl - “Niva” atəşə tutuldu  

Ermənistanda növbəti dəfə silah səsləri eşidilib. İyulun 10-da axşam saatlarında Dərəçiçəkdə (Tsaxkadzor-M.) “Niva” markalı avtomobilə atəş açılıb, bir nəfər ölüb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, saat 20:50 radələrində naməlum şəxs Hrazdan sakini, 40 yaşlı Alik Vardanyanın avtomobilinə atəş açıb.

Hücum nəticəsində 48 yaşlı sakin Vardan Arakelyan yerindəcə ölüb. Faktla bağlı cinayət işi başlanıb. Mənbənin sözlərinə görə, qətlə yetirilən şəxs Kotayk bölgəsində “Tsri Vardan” kimi tanınır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR