Onlayn ictimai-siyasi qəzet
Ermənistanda ehtiyatda olan polkovnik Miqran Maxsudyan İstintaq Komitəsinə aparılıb.
Musavat.com xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.
İstintaq Komitəsinin binası qarşısında o bildirib ki, hansı əsasla saxlanıldığını və İstintaq Komitəsinə aparıldığını bilmir.
O həmçinin qeyd edib ki, mənzilində heç bir qanunsuz şey tapılmayıb.
"Mesajım odur ki, mübarizəni davam etdirəcəyəm. Sadəcə onu deyim ki, insanlar sakit olsunlar, heç nədən qorxmasınlar", - Maxsudyan bildirib.
Bundan əvvəl Maxsudyanın oğlu sosial şəbəkədə paylaşım edərək yazıb: "Bu gün səhər saatlarında hüquq-mühafizə orqanları bizim ailənin İcevan və Voskepardakı evlərində axtarış aparıblar. Axtarış zamanı qanunsuz heç nə aşkar edilməyib. Lakin hakimiyyət atam Miqran Maxsudyanı həbs etməklə qanunsuzluğa əl atıb. Hazırda o, İstintaq Komitəsinə aparılır. Bu, təkcə qanunsuzluq deyil, həm də siyasi təqibin bariz təzahürüdür".
Musavat.com
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ