İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda polislər vətəndaşları döydülər

“Bu gün mənə Lori rayonundan siqnal gəldi ki, bir neçə vətəndaş patrul xidməti tərəfindən vəhşicəsinə döyülüb”.

Musavat.com xəbər verir ki, bu barədə “Ermənistan” blokundan olan deputat Kristine Vardanyan feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, az öncə söhbət etdiyi vətəndaşın sözlərinə görə, insident patrul xidmətinin Nikol Paşinyanın karvanının yolunu təmizləməyə cəhd etməsindən sonra baş verib və bu zaman onunla danışmaq istəyən yaşlı kişi ilə mübahisə düşüb. Bundan sonra patrul xidməti əməkdaşlarının sayı artıb (ondan çox). Vətəndaşın sözlərinə görə, onlar dinc əhaliyə qarşı gözyaşardıcı qazdan istifadə edərək zorakılıq ediblər. Nəticədə iki vətəndaş, o cümlədən qocanın azyaşlı nəvəsi çoxsaylı bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR