İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda polislə toqquşmada 50-dən çox adam xəsarət alıb

İyunun 3-də Ermənistan müxalifətinin növbəti aksiyası polislə toqquşmalara səbəb olub.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, etirazçılar parlamentə doğru irəliləmək istəyərkən polislə toqquşma yaranıb.

Polis aksiya iştirakçılarına qarşı səs qumbarası tətbiq edib. Toqquşmada 20-yə yaxın insanın xəsarət aldığı deyilir. Onların arasında polis əməkdaşları da var.

Aksiya zamanı müxalifətdən olan deputatlar hökumət binasına doğru yürüş edib və bütün girişləri mühasirəyə alıblar.

Təxminən üç saatdan sonra hərəkat üzvləri baş nazir Nikol Paşinyanın olduğu hökumət evinə doğru irəliləyiblər.

***

İrəvanda polislə toqquşmalarda əllidən çox adam xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Son məlumata görə tibb mərkəzlərinə 34-ü polis, 16-sı mülki şəxs olmaqla 50 nəfər gətirilib. Onlardan birinin vəziyyəti ağır olduğu üçün əməliyyata götürülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR