Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Şenqavit polis şöbəsində patrul əməkdaşları vətəndaşa işgəncə veriblər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Məlumatlı Vətəndaşlar İttifaqı” adlı yerli QHT-nin rəhbəri Daniel İoannisyan “Facebook” səhifəsində yazıb.
“Mən daxili işlər naziri Vahe Qazaryanı bəzi patrulçuları insanlara işgəncə verənə çevirdiyinə görə təbrik edirəm. Amma patrul əməkdaşlarının hələ çox şeydən xəbərləri yoxdur. Gərək işgəncəni elə verəydilər ki, bu işdə polisin adı bulaşmasın”,-deyə o, yazıb.
Erməni mediasının yazdığına görə, görüntülərdə gecə saatlarında Şenqavit departamentində işgəncələrə məruz qalan Araik Avaqyan görünür.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ