İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Paşinyanı devirmək istəyənlərin istintaqı başlayıb

Xəbər verildiyi kimi, dünən Ermənistanda hakimiyyətin zorla ələ keçirilməsinə hazırlıq iddiası ilə bağlı həbslər həyata keçirilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, saxlanılanlardan biri “Qara Pantera” adlı bir təşkilatın Serob Qasparyandır.

Serob Qasparyanın vəkili Qurgen Qriqoryan yerli mediaya müsahibəsində müsahibəsində bildirib ki, müdafiə etdiyi şəxsin ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.

“İstintaqın əlində heç bir sübut bazası yoxdur. Prosesi aparan orqan işə mücərrəd yanaşır”, - deyə erməni vəkil bildirib.

Qurgen Qriqoryanın sözlərinə görə, Serob Qasparyanın hakimiyyəti ələ keçirmək cəhdi ilə heç bir əlaqəsi olmayıb: “ Onun həm ABŞ-da, həm də digər ölkələrdə əlaqələri ola bilər, lakin bu cür əlaqələr hüquqi proseslər üçün əsas ola bilməz”, - deyə o, qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR