Onlayn ictimai-siyasi qəzet
Ermənistanda dövlətlə kilsə arasında ziddiyyət dərinləşir. Kilsə artıq açıq şəkildə insanları iqtidara qarşı meydana çıxmağa səsləyir və bunu təxribatçı, revanşist keşiş Baqrat Qalstanyanın əli ilə həyata keçirir.
Təbii ki, Paşinyan iqtidarı əliboş dayanmır. Hökumət müxtəlif vasitələrlə erməni kilsəsinin dünyəvi günahlarını üzə çıxarır. Bununla bağlı Paşinyana yaxınlığı ilə bilinən “bagramyan 26” teleqram kanalında maraqlı bir yazı dərc olunub. Yazıda erməni kilsəsinin korrupsiya əməllərindən bəhs olunur.
Musavat.com teleqram kanalına istinadən həmin yazını olduğu kimi təqdim edir.
“Uzun müddətdir insanlar arasında belə bir fikir formalaşıb ki, “Müqəddəs Eçmiədzinin Anası” şam satışından külli miqdarda gəlir əldə edir, ondan vergi tutulmur, şam biznesi isə çirkli pulların yuyulması üçün ciddi resursdur.
2018-ci ildən bəri mövcud hakimiyyət kilsəyə şamların satışının vergi uçotunu aparmağın mümkün olacağı müxtəlif mexanizmlər təklif edib. Bundan başqa, dövlət kilsəyə normal fəaliyyətinə təsir göstərmədən yardım edəcəyini bildirib. Dövlətin təklifinin məqsədi vergitutmanın özü deyil, kölgə fəaliyyətlərinin qarşısının alınması və çirkli pulların yuyulmasına qarşı mübarizə olub. Kilsə dəfələrlə hökumətdən mövzu ilə bağlı gələn təkliflərin hamısını rədd edib. Birdən-birə kilsə bu barədə “narahat olmağı” da dayandırıb.
“bagramyan 26” mənbələri bildirir ki, uzun müddət Ermənistana şamların gətirilməsi hökumətin tərəfindən xeyriyyə idxalı kimi qeydə alınıb. Lakin bu yaxınlarda katolikos II Qaregin maraqlı bir mexanizm kəşf edib. Bu mexanizm vasitəsilə II Qaregin dövlətə qardaşı vasitəsilə “atmaq” fikrinə düşüb.
Belə ki, arxiyepiskop Ezras Rusiyadan Ermənistana şam gətirməyə və onu kilsəyə ianə kimi rəsmiləşdirməyə başlayıb. Buna görə gətirilən şamlar guya Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkənin ərazisində vergi qeydiyyatına alınıb və bu səbəbdən Ermənistanda ikinci dəfə vergiyə cəlb oluna bilməz.
II Qareginin ətrafındakı arxiyepiskoplar tez-tez belə bir fikir səsləndirirlər ki, dövlət əbədi deyil, kilsəni gücləndirmək lazımdır. Onların son həftələrdəki hərəkətləri çox güman ki, məhz bu məqsədə xidmət edir: Ermənistanda dövlət yox, Erməni Apostol Kilsəsinin dini icması olmalıdır və onlar isə həmin icmanın liderləri olmalıdırlar!”
Musavat.com
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ