Onlayn ictimai-siyasi qəzet
Martın 16-da Ermənistanın Kotayk (Ellər-M.) rayonundakı yanacaqdoldurma məntəqəsində güclü partlayış və çökmə baş verib.
Musavat.com bildirir ki, bu barədə erməni mediası xəbər yayıb.
Saat 19:10 radələrində rayonun Kənəkəravan kənd inzibati ərazisində, Kanakəravan yanacaqdoldurma məntəqəsində “Peugeot” markalı minik avtomobili yanacaq doldurarkən partlayış baş verib.
Fotomüxbir Qaqik Şamşyanın hadisə yerindən verdiyi məlumata görə, partlayış dalğası yanacaqdoldurma məntəqəsinin əməkdaşını təxminən 10 metr kənara atıb.
Zərərçəkmiş son dərəcə ağır vəziyyətdə təcili olaraq Ermənistan Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Nairi rayon istintaq şöbəsində cinayət işi başlanıb.
Partlayış nəticəsində divarlar uçub, iki avtomobil zədələnib, bir neçə qaz balonu çölə atılıb.
Polis və müstəntiqlər zərərçəkmişin şəxsiyyətini müəyyənləşdirir.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ