İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda növbədənkənar seçkilər GÜNDƏMDƏ

Ermənistanda növbədənkənar seçkilərlə bağlı söhbətlər yenidən gündəmdədir. Ermənistanın baş naziri Nikol Paşinyanın son həftələrdəki hərəkətləri, bölgələrə səfərləri, eləcə də onun və həyat yoldaşının ictimai fəallığı bunu deməyə əsas verir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli "Hraparak" qəzeti məlumat yayıb.

"Bu söhbətlər Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı Azərbaycandan davamlı olaraq eşidilən tələblər fonunda doğruluq payı qazanır. Bu yaxınlarda Bakı və İrəvan sülh müqaviləsinin mətninin 80%-nin artıq razılaşdırıldığını bəyan ediblər. Lakin tərəflər konkret hansı müddəalar üzərində razılığa gələ bilmədiklərini dəqiqləşdirməyiblər.

Bakı sülh sənədini Paşinyanla deyil, Azərbaycan rəsmilərinin dediyi kimi, Ermənistanla imzalamaq istəyir. Rəsmi Bakı Ermənistanın növbəti iqtidarının Nikol Paşinyanın qərarlarına etiraz edə və onları konstitusiyaya zidd elan edə biləcəyindən narahatdır, buna görə də əvvəlcədən belə ssenarinin qarşısını almağa çalışır.

Görünən odur ki, Paşinyanın müqavimət göstərmək üçün artıq resursları yoxdur və o, Bakının növbəti tələbini təmin etmək qərarına gəlib. Amma konstitusiya referendumu keçirməzdən əvvəl növbədənkənar seçkilər keçirəcək, əks halda referendum uğursuzluğa məhkumdur. Yalnız seçkilərdə qələbənin eyforiyası fonunda o, referendumu etimad referendumu kimi təqdim edərək Bakının tələblərini sürətlə həyata keçirə biləcək.

Qeyd edək ki, mövcud qanunvericilik növbədənkənar seçkilərin növbəti seçkilərə bir il qalmış keçirilməsini qadağan edir, bu isə o deməkdir ki, hakimiyyət növbədənkənar seçkilər keçirmək niyyətindədirsə, bunu gələn ilin iyunun 21-dək etməlidir" - deyə yazıda qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR