İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan İLGİNC AÇIQLAMALAR - SSRİ-nin dağılmasından sonra...

SSRİ-nin dağılmasından sonra baş verən qarşıdurma hər iki ölkənin siyasi sistemi və ictimai düşüncəsini formalaşdırıb.

Musavat.com xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Orbeli Forumunda çıxışında deyib.

“Münaqişə düşüncə tərzimizi, siyasətimizi və xalqlar arasındakı münasibətlərimizi formalaşdırıb”, - o bildirib.

Baş nazirin sözlərinə görə, münaqişəyə siyasi baxımdan son qoymaq ictimai şüurda dərhal dəyişiklik yaratmır. Uzunmüddətli düşmənçiliyin aradan qaldırılması vaxt, dialoq və yeni yanaşmalar tələb edir.

Paşinyan həmçinin qeyd edib ki, hazırda Ermənistan və Azərbaycan arasında uğurlu münasibət mövcuddur.

Onun sözlərinə görə, bu proses 2024-cü ildə sərhəd demarkasiyasının başlanması ilə mümkün olub:

“Bu, dövlətlərarası münasibətlərin qurulmasında dönüş nöqtəsidir. Çünki hər iki ölkə 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyünü tanıyır”.

Baş nazir əlavə edib ki, ən mühüm hadisə 8 avqustda Vaşinqtonda keçirilən sülh sammiti olub. Sammit Ermənistanla Azərbaycan arasında sülh haqqında bəyannamənin qəbul edilməsi və sazişin paraflanması ilə yekunlaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR