Onlayn ictimai-siyasi qəzet
Siyasi baxımdan Ermənistanla Azərbaycan arasında münaqişə artıq bitib, lakin sosial-psixoloji baxımdan hələ də davam edir.
Musavat.com xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan illik "Orbeli: Sülh və çoxtərəfli əməkdaşlıq quruculuğu" adlı beynəlxalq forumda çıxışı zamanı bildirib.
O bildirib ki, iki ölkə arasında artıq sülh bərqərar olub, lakin hazırda əsas çətinlik diplomatiya deyil, "yeni reallıqla barışmaqdır".
“Sülhdən danışmaq çoxlarına qəribə və yad gəlir. Sülh anlayışı bizə tanış deyil. Bu, Ermənistan və Azərbaycan üçün tamamilə yeni bir mühitdir”, - Paşinyan deyib.
Musavat.com
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ