Onlayn ictimai-siyasi qəzet
Ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə potensial qayıtması Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülhə təhlükə yarada bilər.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda çıxışı zamanı bildirib.
Paşinyan qeyd edib ki, Qarabağa ermənilərin qayıtması “sülh üçün risk” olardı:
“Bu məsələ ümumiyyətlə təhlükəlidir, çünki bu, münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir”.
Paşinyan sülhü yeni doğulmuş uşaqla müqayisə edərək, bunun qayğı tələb etdiyini bildirib: "Biz sülh müqaviləsi imzalamalı, sərhədi delimitasiya etməli və bir-birimizi tək qoymalıyıq".
Musavat.com
07 Noyabr 2025
06 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ