Onlayn ictimai-siyasi qəzet
Ötən gecə əcnəbi şəxs Ermənistanın Kotayk vilayətində polis bölməsində avtomat silahından atəş açıb, nəticədə iki polis əməkdaşı yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan” məlumat yayıb.
Qeyd edilib ki, həmin şəxs daxil olan siqnal əsasında bölməyə gətirilib. O, bölmədə polis əməkdaşlarından birinin avtomat silahını götürərək özünü güllələmək istəyib. Nəticədə həm özü, həm də iki polis nəfəri yaralanıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
23 Aprel 2025
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ