İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda daha bir müxalif deputat mandatından imtina etdi

Ermənistanda müxalif “Hayastan” partiyasının daha bir deputatı mandatından imtina edib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, fraksiyanın deputatı Ripsime Stambulyan mandatından imtina etmək barədə qərar qəbul edib.

O hansı səbəbdən bu qərarı verdiyini açıqlamayıb.

Xatırladaq ki, daha əvvəl “Hayastan” partiyasının nümayəndələri Artur Kazinyan, Mxitar Zakaryan və Aram Vardevanyan da deputat mandatlarından imtina edib. Ölkə mediası Armen Çarçyan və İşxan Saqatelyanın da fraksiyanı tərk edəcəklərini yazır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR