Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Şirak bölgəsində erməniləri şoka salan hadisə baş verib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bir nəfər Artik Veteranlar Birliyinin binasına girərək aprel döyüşləri və 44 günlük müharibənin iştirakçılarının xatirəsinə həsr olunan materialları təhqir edib.
“Ermənistanda müqəddəslik günün tələbinə çevrilib. İndicə mənə xəbər gəldi ki, gecə saatlarında Artik Veteranlar Birliyinin binasına hansısa əclaf girib, əmlaklarına ziyan dəyib, aprel və 44 günlük müharibə qəhrəmanlarının fotoşəkillərini yandırıblar”-ictimai və siyasi xadim Karapet Poqosyan öz Facebook səhifəsində yazıb.
Ardınca o, ultimatum verib: “Nəzərinizə çatdırıram ki, əgər yaxın iki gün ərzində dövlət strukturları küfr edənləri aşkar edib cəzalandırmasa, biz linç etməyə məcbur olacağıq və gözlənilməz hərəkətlərə görə məsuliyyəti hakim siyasi qüvvə daşıyacaq, çünki onlar Ermənistana küfr gətirmişlər”.
Musavat.com
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ