İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda 200 min dollarlıq korrupsiya qalmaqalı

 

Ermənistan hökuməti tender keçirmədən parlamentinin spikeri Alen Simonyanın qardaşı Karlen Simonyana məxsus “Euroasphalt” şirkəti ilə təxminən 79 milyon dram (təxminən 200 min dollar - red.) dəyərində müqavilə imzalayıb.

Musavat.com erməni agentliklərinə istinadən xəbər verir ki, bu barədə “Mediahub.am” portalı məlumat yayıb.

“23 gün əvvəl Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Aintap-Mxçyan-Artaşat-Ayqevan yolunun əsaslı təmiri üçün Karlen Simonyanın şirkəti ilə göstərilən məbləğdə saziş imzalayıb”,-deyə xəbərdə bildirilir.

Erməni mətbuatının xəbərinə görə, əslində, yolun bu hissəsinin tikintisi yeni başa çatıbmış və hökumətin tender elan etmədən Alen Simonyanın qardaşına dövlət büdcəsindən bu qədər vəsaiti hansı məqsədlə ayırdığı bəlli deyil. Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Narek Manukyan üç gün əvvəl bununla bağlı açıqlamalar verəcəyini vəd etsə də, hələ də cavab yoxdur.

Ararat vilayəti administrasiyasının rəsmi saytında dərc olunan məlumatdan məlum olur ki, fevralda təxminən 1,7 milyard dram dəyərində yolların təmiri başa çatdırılıb. Alen Simonyanın şirkəti bu yolun bəzi hissələrinin əsaslı təmiri üçün elan edilmiş tenderdə qalib gəlib və rəqiblərindən cəmi 500 min dram (təxminən 1000 dollar - red.) az işçilik haqqı təklif edib”, - deyə portal qeyd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR