İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda 2 nəfər donuz qripindən öldü

Ermənistanda "donuz qripi"ndən (H1N1) iki nəfər ölüb. Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

“Hazırda pnevmoniya diaqnozu ilə 209 xəstə xəstəxanaya yerləşdirilib ki, onlardan 127-si (60%) uşaqdır. 55 nəfər reanimasiyadadır, onlardan 47-si uşaqdır. Həmçinin 584 nəfər kəskin respirator virus infeksiyası ilə müxtəlif xəstəxanalarda, 96 faizi isə kəskin respirator virus infeksiyası ilə xəstəxanalara yerləşdirilib. Onlar uşaqlardır”, - Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin rəhbəri Romella Abovyan bildirib.

Abovyan xəstəlikdən əziyyət çəkənləri öz-özünü müalicə etməməyə və həkimə müraciət etməyə çağırıb.

P.S.Ermənistanda “donuz qripi”nin geniş yayılması Laçın yolunda ciddi rejimin tətbiqini bir daha zəruri edir. Azərbaycanlı əhali ilə geniş təmas olmasa da, Azərbaycan vətəndaşları olan Qarabağ ermənilərinin kütləvi şəkildə “donuz qripi”nə yoluxmasının qarşısını almaq baxımından bu, olduqca vacibdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR