İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana Qazaxıstan taxılı daşıyan yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb - YENİLƏNİB

Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan taxılı daşıyan 15 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan taxılı daşıyan 15 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasına çatıb.

"Report" xəbər verir ki, yük Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu üzrə daşınır.

Daha sonra qatar Gürcüstana keçəcək, oradan isə Ermənistanın Dalarik stansiyasına gedəcək.

Xatırladaq ki, qatar noyabrın 4-də saat 00:15-də Rusiyadan yola salınıb və ümumi çəkisi 1 048,8 ton olan buğda daşıyır.

Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstanda verdiyi bəyanatda qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

06 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR