İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana BÖYÜK ŞOK: Rusiya bu ölkəyə də qazı rublla satacaq

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib ki, tədarük olunan qazın pulunun rublla ödənməsi imkanları Rusiya ilə müzakirə olunur.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

“Bəli. Müzakirə olunur, çünki Avrasiya İqtisadi İttifaqının gömrük rüsumlarının valyutasının bölgüsü məsələsi də müzakirə olunur. Təbii ki, ölkələr təklif edir ki, bu məsələnin həlli ilə paralel olaraq, idxal olunan mallar üçün irimiqyaslı ixrac valyutasının alətləşdirilməsi məsələləri də həll edilsin”, - Qriqoryan bildirib.

O qeyd edib ki, obyektiv səbəblər olduğundan məsələnin həll olunacağına söz verə bilməz.

“Amma bu gün artıq bu məsələ ictimai məkanda müzakirə olunur”, - Qriqoryan bildirib.

Qeyd edək ki, aprelin 1-dən Rusiya Ermənistana ixrac etdiyi qazın qiymətini artıracaq.

Maraqlıdır ki, Rusiya qeyri-dost ölkələrlə alış-verişi rublla həyata keçirəcəyini anons etdikdən sonra Moskva və İrəvan arasında müzakirə başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR