Onlayn ictimai-siyasi qəzet
Ermənistan Türkiyə ilə Gümrü-Qars dəmir yolu ilə sərhədi keçmək üçün tələbləri qiymətləndirmək barədə razılığa gəlib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Ermənistan Türkiyə ilə Gümrü-Qars dəmir yolu ilə sərhədi keçmək üçün texniki tələblərin birgə qiymətləndirilməsi ilə bağlı razılığa gəlib. Eyni zamanda, biz Azərbaycana dəmir yolu infrastrukturumuzu yenidən işə salmaq, sərhəd nəzarətini və gömrük prosedurlarını sadələşdirmək, əlavə təhlükəsizlik mexanizmlərini təmin etmək üçün təklif etmişik".
Mirzoyan daha əvvəl bəyan etmişdi ki, Ermənistan və Türkiyə arasında Gümrü-Qars dəmir yolunun işə salınması, Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsi ilə birlikdə Fars körfəzi ilə Qara, Xəzər və Aralıq dənizləri arasında səmərəli əlaqəni təmin edəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün bildirib ki, dəmir yolu əlaqəsinin bərpası məsələsinin həlli yolu tapılıb və bu, həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olacaq.
Şahanə Rəhimli
Musavat.com
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ