İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Respublika Partiyası: “Ən pis proqnozlar özünü doğruldur”

"Bütün ən pis proqnozlar gerçəkləşməkdə davam edir".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan yerli news.am saytına müsahibəsində deyib.

Armen Aşotyan görüşdən öncə Hikmət Hacıyevin Brüsseldən sülh müqaviləsinin hazırlanması üçün işçi qrupunun yaradılmasını gözlədiklərini söylədiyini xatırladıb.

"Görüşdən sonra Ermənistan hökuməti mətbuata açıqlama yayaraq bizi çaşdırmağa, guya Qarabağ problemindən danışdıqlarını söyləməyə başladılar. Əslində isə Bakının tələbləri yerinə yetirilir: xarici işlər nazirlərinə bir ay ərzində layihəni, yəni işçi qrupunu müzakirə etmək tapşırılıb", O, deyib.

Armen Aşotyanın iddiasına görə, Nikol Paşinyan hökuməti bununla Qarabağdan qurtulmaq istəyir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR