İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan polisi parlamentin ətrafındakı yolları bağlayıb

Ermənistan polisi parlamentin ətrafındakı giriş və çıxışları bağlayıb.

AZƏRTAC Ermənistanın kütləvi informasiya vasitələrinə istinadən bildirir ki, bu parlamentin müzakirəsinə çıxarılmış məsələ ilə bağlı görülən ehtiyat tədbirləri səbəbindəndir.

Hakim “Mülki Müqavilə” fraksiyası müxalifətdən olan parlament sədrinin müavini İşxan Sağatelyan və komissiya sədri Vaqe Hakopyanın deputat mandatından məhrum edilməsi məsələsini qaldırıb. Bu, həmin deputatların daxili nizamnaməni pozması ilə izah olunur. Müxalifəti dəstəkləyən azsaylı qüvvələr isə müzakirəyə çıxarılan məsələni demokratiyaya qarşı addım kimi qiymətləndirirlər.

Xatırladaq ki, Sağatelyan və Hakopyan bu ilin may ayından indiyədək parlamentin iclaslarında iştirak etmirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR