İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan polisi 44 günlük müharibədə ölən hərbçinin atasını həbs etdi

44 günlük müharibədə ölən Mxitar Qaleyanın atası Qarik Qaleyan saxlanılıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, saxlanma faktını Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan da yerli mediaya təsdiqləyib. Məlumata görə, saxlanma qərarı Qaleyan və onun qardaşı Arturun hərbi hissədə baş vermiş davada iştirakı ilə bağlıdır.

Ermənistan İstintaq Komitəsi 44 günlük müharibədə həlak olanın atasının niyə saxlandığını açıqlayıb. İstintaqın məlumatına görə, bir gün əvvəl bir qrup şəxs müəyyən edilmiş qaydanı pozaraq hərbi hissənin ərazisinə daxil olub. Onlar komandir müavininin qanuni tələbinə tabe olmayıb, onun üzünə plastik butulka ilə vurub, təhqir edib və dava salıblar. Faktla bağlı cinayət işi başlanıb. Hərbi hissəyə soxulanlardan biri də məhz Qarik Qaleyan olub. İstintaq cinayət törətdiyi iddia edilən digər şəxslərin kimliyini müəyyən edib: Artur Qaleyan və Azquş Martirosyanın.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR