İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentində sərhəd komissiyası məsələsində mübahisə düşdü

Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyasında sərhəd təhlükəsizlik komissiyalarının birgə fəaliyyəti haqqında anlaşmanın təsdiqi üzrə müzakirələrə başlanılıb.

Musavat.com xəbər verir ki, əsas məruzəçi Ermənistan hökumətinin baş nazirinin müavini Mher Qriqoryandır.

Komissiyanın iclasında müxalif deputatlar xüsusi canfəşanlıq nümayiş etdiriblər. Xüsusilə, daşnak deputat Armen Rüstəmyan mətnin rus dilindəki variantını tələb edib.

Komissiyanın rəhbəri, hakim partiyanın deputatı Sərkis Xandanyan isə Ermənistan parlamentində sənədlərin yalnız erməni dilində təqdim olunacağını bildirib.

Başqa bir deputat Geqam Manukyan komissiya rəhbərinə etiraz edib. O, Azərbaycan və erməni dillərində təqdim olunan mətndə uyğunsuzluq olduğunu iddia edib.

Mher Qriqoryan mətnin rusca versiyasını təqdim edə biləcəklərini söyləyib.

Erməni mxalifətçilər Azərbaycan tərəfinin ratifikasiya prosesinə başlamadığını iddia ediblər. Qriqoryan bununla bağlı narahatlığa əsas olmadığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR