İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamenti həbsdə olan David Tonoyanı komissiyanın iclasına necə gətirəcəyini düşünür 

 

Ermənistan parlamentinin rəhbərliyi keçmiş müdafiə naziri David Tonoyanın II Qarabağ savaşının nəticələrinin araşdırılması üzrə komissiyanın iclasına gəlməsini istəyir.

Musavat.com xəbər verir ki, yerli “Joxovurd” qəzetinin yazdığına görə məhkəmə indi çıxılmaz vəziyyətdə qalıb.

Çünki David Tonoyanın MTN-in təcridxanasından çıxarılmasına və parlamentə gətirilməsinə əsas götürəcək heç bir prosedur mövcud deyil.

Bir qayda olaraq, həbs edilmiş şəxsin yaxın qohumu vəfat etdikdə və ya cinayət işi üzrə cinayət prosesində mühüm ifadələr vermək üçün dindirilməyə çağırıldıqda onun həbsxanadan çıxmasına icazə verilir.

Erməni mətbuatının yazdığına görə, böyük ehtimalla David Tonoyanın işinə baxan hakim Vahe Dolmazyan David Tonoyanın vəsatətini rədd edəcək, lakin hələlik yekun qərar yoxdur. Tonoyanın müraciətinin rədd edilib-edilməməsi bu ilin iyulun 25-də bəlli olacaq.

Xatırladaq ki, iyulun 16-da Ermənistan parlamentinin deputatları tətilə çıxırlar. Komissiyanın sədri Andranik Köçəryan Tonoyana bağlı qapılar arxasında danışmaq və ya baş nazir Paşinyan kimi canlı çıxış etmək seçimini verəcəklərni söyləyib. Köçəryan məhkəmənin müsbət qərar verəcəyinə ümid etdiyini deyib.

Komissiya artıq baş nazir Nikol Paşinyanın 44 günlük müharibədə baş verənlərlə bağlı ifadəsini dinləyib. David Tonoyan məhz buna görə parlamentə gələrək danışmaq istədiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR