İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan müxalifətindən parlamentə ZƏRBƏ

Ermənistan müxalifəti parlamentin növbədənkənar sessiyasını boykot edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə parlamentdəki müxalif “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan danışıb.

Onun sözlərinə görə, hakim “Vətəndaş sazişi” partiyası iclasın gündəliyinə təklif etdiyi bəyanat layihəsini daxil etməkdən imtina edib. Əvəzində müxalifətin bəyanat layihəsində göstərilən tezis və prinsiplərdən kifayət qədər fərqlənən bəyanat layihəsi bəyənilib.

Minasyanın fikrincə, hakim partiyanın bəyanat layihəsi Ermənistan və Qarabağ erməniləri üçün yalnız yeni təhdid, problemlər yaradacaq. “Bu açıqlamanı verməmək daha yaxşıdır. Bu, nəinki Ermənistana zərər vura bilər, həm də Türkiyə-Azərbaycan tandeminin maraqlarını təşviq edə bilər”, - deyə deputat bildirib.

“Ermənistan” müxalifət blokunun mövqeyini müxalifətçi deputat, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan dəstəkləyib. Onun fikrincə, hakimiyyət öz təşəbbüsü ilə faktiki olaraq Azərbaycan üçün yaşıl işıq yandıracaq.

“Sizin təqdim etdiyiniz gündəm Ermənistan və Qarabağ ətrafında yaranmış hərbi-siyasi vəziyyətə adekvat reaksiya deyil”, - deyə deputat bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR