İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan müharibə qaşıntısı, deputatın oğurlanan oğlu və ...Eks xarici işlər naziri CANLI efirdə! 

Paşinyanın həyat yoldaşına məxsus olan qəzet Azərbaycanın Ermənistan qarşısında qoyduğu tələbləri açıqlayıb:

▪Qarabağda yerləşən qanunsuz ordunun oradan çıxarılması;

▪Qarabağı heç bir muxtariyyət olmadan Azərbaycanın bir hissəsi kimi tanımaq;

▪Ermənistan ərazisindən keçən dəhliz açmaq;

▪️1919-1920-ci illərin xəritələrinə əsasən delimitasiya və demarkasiya prosesinə başlamaq;

▪️İtkin düşmüş azərbaycanlıların taleyi haqqında məlumat.

Çeçenistan rəhbəri Ramzan Kadırov 3 oğlunu Ukraynada müharibəyə göndərəcəyini açıqlayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Kadırov yaxın vaxtlarda 3 oğlunun “xüsusi əməliyyat zonası”na gedəcəyini qeyd edib.
Ramzan Kadırov oğlanlarının təmas xəttinin ən çətin məntəqələrində olacaqlarını vurğulayıb.


Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində, eks xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.
Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR