İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri arasında hərbi əməkdaşlığın inkişafı üzrə Hərbi Komitənin iclasında iştirak etməyib.

Görüş aprelin 12-də Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərliyi ilə video-konfrans formatında baş tutub.

Məlumata görə, iclasda Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın nümayəndələri iştirak ediblər. İştirakçılar arasında Ermənistan nümayəndəsi olmayıb.

“Görüş zamanı KTMT-nin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidlər müzakirə edilib”, - məlumatda bildirilib.\\report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR