İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistan Kreml tərəfindən sərt cəzalanacaq" - Elxan Şahinoğlu

"Rusiya və İranda çox maraqlı proseslər gedir. Başları özlərinə qarışıb. Ona görə də, bizim manevr imkanlarımız genişdir".

Musavat.com xəbər verir ki, Musavat.com xəbər verir ki, bu sözləri Sevinc Telmanqızının aparıcılığı ilə "Tv Müsavat"ın efirində yayımlanan "Canlı Debat" verilişində  "ATLAS" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, biz bundan sonra diqqəti Qarabağa fokuslayıb, bir çox məsələləri həll edə bilərik: "Köçəryan son açıqlamasında bildirir ki, Ermənistandan Qarabağ istiqamətinə bütün kommunikasiya xətləri Azərbaycanın nəzarəti altındadır. Bu o deməkdir ki, Azərbaycanın  təsir imkanları çoxdur. İki gündür Amerikada Ermənistana silah-sursat verilməsi ilə bağlı müzakirələr aparılır. Bu bir günə, bir aya həll olunası məsələ deyil. Mən inanmıram ki, bu müsbətə doğru həll oluna. Çünki Amerika Ermənistana silah versə, Rusiya-Ermənistan münasibətlərinə çox ciddi zərbə dəyəcək."

Daha ətraflı verilişdən təqdim etdiyimiz video hissədə: 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR