İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan kosmosa ikinci peykini buraxdı - Azərbaycana təhlükəsi varmı

Ekspert: “Bunlar mini-peyklərdir, çoxfunksiyalı peyklərə keyfiyyət və dəqiqlik baxımından uduzur”

Bir neçə gün öncə Ermənistan istehsalı olan ilk peyk “Hayasat-1" orbitə çıxarılıb. Buraxılış noyabrın 29-da baş tutmalı olsa da, dekabrın 1-nədək təxirə salınmışdı. Məlumata görə, peyk Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından SpaceX Falcon-9 raketi ilə orbitə çıxarılıb. O, 517 km yüksəklikdə yerləşəcək.

Peyk “Ayasat-1" Bazumk Kosmik Tədqiqatlar Laboratoriyası ilə Elmi İnnovasiya və Təhsil Mərkəzinin əməkdaşlığı çərçivəsində yaradılıb.

Xatırladaq ki, 2022-ci ilin mayında İspaniyanın “Satlantis” şirkəti tərəfindən Ermənistan üçün istehsal edilmiş “Armsat-1" peyki orbitə buraxılıb.

Ermənistanın kosmosda artıq iki peyki var. Bu, milli təhlükəsizliyimizə, o sırada hərbi xarakterli təhlükəsizliyimizə nə kimi təhdidlər yarada bilər? Bunu Azərbaycana əzələ nümayişi hesab etmək olarmı? Müharibəyə hazıqlıq kimi qəbul edilməlidirmi? 

Ramil Məmmədli: “Azərbaycan ordusu nəzarət imkanlarını gücləndirdi”  Pravda.az

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, keçmiş SSRİ məkanında olan ölkələr son 10 ildə öz peyklərinin orbitə çıxarılması istiqamətində layihələr həyata keçirməyə başlayıb: “Belə qurğular ölçüsünə, texniki parametrlərinə görə dəyişir. İlk növbədə belə peyklərin orbitə çıxarılmasında məqsəd rabitə sahəsində  addımların atılmasına xidmət edir. Eyni zamanda bu peyklər kəşfiyyat-müşahidə məqsədilə də kosmosa çıxarılır. Ermənistanın iqtisadi imkanları Rusiya, Fransa, ABŞ, Çin kimi dövlətlərin sərəncamında olan peyklərin alınmasına, kosmosa çıxarılmasına yetməz. Ermənistanın kosmosa çıxardığı peyklər yüksək səviyyəli kəşfiyyat-müşahidə peykləri olmasa da, parametrləri təyinatı üzrə istifadə edilməsinə imkan verir”.

Hərbi ekspert deyib ki, il yarıma Ermənistanın 2 peyki kosmosa çıxarması əlbəttə ki, bölgədə sülh və əmin-amanlığın bərqərar olmasına xidmət etmir: “Bu peyklərin kosmosa çıxarılması perspektivdə hərbi ritorika ilə çıxış etməyə hesablanmış addımlardır. Ermənistanın Qərb tərəfindən, ABŞ tərəfindən bu cür vasitələrlə - müasir hərbi təyinatlı silah hesab edilən peyklərlə silahlandırılması gələcəkdə Cənubi Qafqazda hərbi qarşıdurmaların bünövrəsinin qoyulmasına hesablanıb. Qısa müddətdə iki peykin Ermənistan tərəfindən kosmosa çıxarılması bölgədə birbaşa Qərbin, ABŞ-ın maraqlarına xidmət edir”.  

Hərbi ekspert deyir ki, Ermənistan 44 günlük müharibədən sonra hərbi-texniki, kosmik sahədə aktiv şəkildə hərəkətə keçib. Pilotsuz uçuş aparatları, silahlı pilotsuz uçuş aparatları, hərbi təyinatlı peyklər alırlar. Təbii ki, bu silahlar təkcə Ermənistanın daxili imkanları hesabına əldə olunmur. Ermənistana hərbi sahədə geniş dəstək verilməsi şübhəsizdir.  

“44 günlük müharibədən sonra Ermənistan başa düşüb ki, ordusu müasirləşməli, həm də kəşfiyyat vasitələrini artırmalıdır. Peyklərin kosmosa çıxarılması da bu məqsədlərə xidmət edir. Burda əsas diqqət çəkən məqam odur ki, Ermənistan peykləri kommunikasiya deyil, müşahidə peykləridir. Kommunikasiya peyki kommersiya təyinatlıdır, öz pulunu da çıxara bilər, müşahidə peyki isə fərqlidir”.

Heç kimə çılpaq şəklinizi göndərməyin!” – Fərhad Mehdiyev - Azinforum.az  İnformasiya Portalı

Fərhad Mehdiyev

Bu sözləri “Yeni Müsavat”a kosmosa növbəti Erməninstan peykinin çıxarılmasını şərh edən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. O bildirib ki, bu peyklər sərhədlərin delimitasiyası və yaxud kadastr üçün yaramır: “Ermənistan bizim ərazilərimizi müşahidə altında saxlamaq üçün bu peykləri kosmosa çıxarıb. İlk peyklərinin istehsalçısı ”Satlantis"in kameraları 1 metrə qədər olan obyektləri müəyyən etmək iqtidarındadır. Yəni hərbi texnikanı görüb, dəqiq yerini müəyyən edəcək parametrlərə malikdir. Fakt odur ki, Ermənistan artıq peyk məlumatları ala biləcək. Əlbəttə, Ermənistanın kosmosa qaldırdığı peyklər mini-peyklərdir və digər çoxfunksiyalı peyklərə keyfiyyət və dəqiqlik baxımından uduzur. Ancaq hər bir halda Ermənistanın məhz ucuz da olsa, müşahidə peyki almasına diqqət yetirməliyik. Bu, Paşinyana nəyə görə lazımdır və o, nəyə hazırlaşır?"

Fərhad Mehdiyev deyib ki, Paşinyan sülh müqaviləsini imzalamağı uzatsa, prosesi ləngitsə, Azərbaycan Ermənistana vaxt tanımamalıdır: “Erməninstana imkan vermək olmaz ki, öz ərazisində və öz nəzarətində Peyk İdarəetmə Mərkəzi qurub, "real-taym"da məlumat ala bilsin. Ermənilərin zərbə dronları olmasa da, əllərində peyk görüntüsü ilə müəyyən edilən dəqiq koordinat olduqdan sonra haubitsalarla məhdud məsafəyə, raketlər vasitəsilə daha uzaq məsafəyə dəqiq zərbələr endirmək imkanı əldə edə bilər". 

Qeyd edək ki, 2022-ci ilin mayında Ermənistan kosmosa ilk peykini göndərdiyini açıqlayıb. Həmin peyk üçün 200-250 milyon dollardan da çox vəsait xərclənib. O zaman mütəxəssislər aydınlaşdırmışdılar ki, Ermənistan hökuməti ispan bankından ayrılan kreditlə kosmosa buraxılan mini-peyki kirayə tutub. Ancaq bunun məhz müşahidə peyki olması Ermənistan hakimiyyətinin gizli niyyətindən xəbər verir. “Hayasat-1" peyki isə orbitə 2023-cü il dekabrın 1-də çıxarılıb.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR