İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Konstitusiya Məhkəməsi qərarını verdi

Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə layihəsini ölkənin əsas qanununa uyğun olaraq tanıyıb.

Musavat.com bildirir ki, bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatında deyilir.

“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının birgə fəaliyyəti haqqında” Əsasnamədə təsbit edilmiş öhdəliklər və Ermənistan Respublikası” 2024-cü il avqustun 30-da imzalanmış Konstitusiyaya uyğundur”, – Məhkəmənin qərarının yekun hissəsində deyilir.

Qərar Konstitusiya Məhkəməsinin rəsmi internet saytında dərc edildiyi andan qüvvəyə minir.

Avqustun 30-da Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan və Bakı sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR