İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistan daha çox Hindistan silahı almaq istəyir"

Ermənistan Hindistan silahları ilə maraqlanır.

Musavat.com erməni agentliklərə istinadən xəbər verir ki, bu barədə “DNA India” saytı məlumat yayıb.

Xəbərdə Ermənistan hərbi nümayəndə heyətinin Hindistana son səfəri zamanı əldə etmək istədiyi silahların siyahısını hindli rəsmilərə verdiyi qeyd olunub.

Siyahı haqqında çox az şey bilinsə də, ermənilərin daha çox dronların alınmasında maraqlı olduğu üzə çıxıb. Adının çəkilməsini istəməyən Ermənistan rəsmisi “Qarabağdakı müharibə bizi müdafiə ehtiyaclarımıza yenidən baxmağa məcbur etdi”, - deyə bildirib.

Ermənistanın Hindistanın hərbi texnikasına ilk dəfə maraq göstərmir. 2020-ci ildə rəsmi İrəvan Hindistanla 4 ədəd “SWATHI” radarı üçün 40 milyon dollarlıq müqavilə imzalayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR