Onlayn ictimai-siyasi qəzet
“Avrasiya İqtisadi İttifaqı (Aİİ) və MDB çərçivəsində əməkdaşlıq etmədən Ermənistan üçün çətin olacaq”.
Musavat.com xəbər verir ki, bu sözlər MDB-nin baş katibi Sergey Lebedev tərəfindən səslənib.
“Reallıq belədir: MDB ölkələri olmadan, Aİİ və MDB çərçivəsində əməkdaşlıq olmadan Ermənistan çətin anlar yaşayacaq. Ermənistan xalqı üçün əlavə fəsadlar və məşəqqətlər nəyə lazımdır? MDB ölkələri və Belarus, mənim bildiyimə görə, Ermənistana bu qarşılıqlı əlaqəni saxlamağa kömək etməyə hazırdır”, - deyə Lebedev qeyd edib.
Ermənistanla ABŞ arasında bu yaxınlarda imzalanmış strateji tərəfdaşlıq xartiyası və İrəvanın Aİ-yə daxil olmaq planlarından danışan MDB-nin baş katibi bir çox sənədlərin imzalandığına, lakin sonradan həyata keçirilmədiyinə diqqət çəkib.
“Çoxlu sənədlər imzalanıb, amma hamısı icra olunmur. Sonra həyat öz düzəlişlərini edir”, - deyə Lebedev bildirib.
Qeyd edək ki, Sergey Lebedev 7 il (2000-2007) Rusiya Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edib.
Musavat.com
29 Yanvar 2025
28 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ