İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan BMT və YUNİSEF adından dünyanın 8 milyardıncı sakini ilə bağlı saxta məlumat yayıb

Ermənilərin saxtakar mahiyyətinə təəccüb də yetmir...

Bu gün erməni mediası dünyanın 8 milyardıncı sakininin guya Ermənistanın Gekarkunik rayonunda, Martuni doğum evində dünyaya gələn qız uşağı olması ilə bağlı saxta məlumatı tirajlayıb. Məlumatda utanmadan BMT-YUNİSEF-ə istinad ediblər.

Doğum evinin direktoru Artur Hovhannisyan Armenpress-ə bildirib ki, yeni doğulmuş Arpi dünyada 8 milyardıncı insan kimi qeydə alınıb. O, Qeqarkunik rayonunun Tsovinar kəndinin sakinləri Karen Zakaryan və Ani Köçəryanın qızıdır, tam sağlamdır, 2 kiloqram 900 qram çəkisində, 49 santimetr boyunda doğulub.

WhatsApp Image 2022-11-15 at 17.56.12 (1).jpeg (33 KB)

Geqarkunik rayonunun Martuni icmasının Tsovinar kəndinin administrasiyasının rəhbəri Arayik Tarpoşyanın sözlərinə görə, Yerin 8 milyardıncı sakini olan Arpinin atası ölkədən kənarda işləyir, anası evdar qadındır. Arpi bu ailənin üçüncü və çoxdan gözlənilən övladıdır. İlk iki uşaq oğlandır.

Araşdırmamız göstərdi ki, bu tamamilə saxta məlumatdır. BMT-nin rəsmi məlumatına görə, dünyanın 8 milyardıncı sakini Filippin paytaxtı Manilada anadan olub. Bütün Filippin və dünya mediası bu xəbəri BMT-yə istinadən tirajlayır.

Çərşənbə axşamı Manilada doğulan qız körpəsi Vinice Mabansag Dr Jose Fabella Memorial Xəstəxanasında yerli vaxtla saat 1:29-da anadan olub.

Xəstəxananın baş həkimi Dr Romeo Bituin bildirib: "Beləliklə, biz Filippində dünyanın 8 milyardıncı körpəsinin doğulmasının şahidi olduq".

Vinisin anası Mariya Marqaret Villorente bildirib ki, qızının dünyanın "8 milyardıncı" körpəsi sayılmasından xoşbəxtdir.

WhatsApp Image 2022-11-15 at 17.56.39 (1).jpeg (90 KB)

Tahirə Allahyarova,
professor, Sosial Tədqiqatlar Mərkəzi

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR