İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan baş prokurorunun müavini istefa verdi

Ermənistan baş prokurorunun müavini Gevorq Baqdasaryan istefa ərizəsi yazıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, onun özü məlumatı təsdiqləyib.

Səbəbləri şərh etməkdən çəkinən Baqdasaryan “Bu mənim qərarımdır” deyib.

Yerli mətbuatda uzun müddətdir ki, Ermənistanın baş prokuroru Anna Vardapetyanla Gevorq Baqdasaryan arasında münasibətlərin kifayət qədər gərgin olduğu barədə məlumatlar yayılırdı. Baqdasaryan keçmiş baş prokuror Artur Davtyanın kadrlarından sayılır.

Davtyanın kadrlarına Kotayk vilayətinin prokuroru vəzifəsində çalışmış Petros Petrosyan da daxildir. Yayılan məlumatlara görə, Anna Vardapetyanın qərarı ilə o, Kotayk prokuroru vəzifəsindən azad edilib və prokurorluğun idarələrindən birinə rəis müavini təyin olunub. Lakin Petrosyan bu təyinatı qəbul etməyərək istefa ərizəsi yazıb.

Maraqlıdır ki, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyana qarşı qaldırılmış cinayət işlərinə rəhbərlik edən prokurorlar da bu gün işdən çıxdıqlarını bəyan ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR