İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Azərbaycanın daxili işlərinə qarışdığını rəsmən inkar etmir

 

“Son günlər müxtəlif KİV-lərdə Ermənistan hakimiyyətinin bütün səviyyələrdə Qarabağdan olan “həmkarları” ilə təmaslarını dayandırması barədə şayiələr yayılır. Üstəlik, Laçın dəhlizinin bağlanması nəticəsində yaranan böhranın Ermənistan hökumətinin gündəmindən düşdüyü qeyd edilir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan “Facebook” səhifəsində yazıb.

“Bu iddiaların reallıqla heç bir əlaqəsi yoxdur. Baş nazir Nikol Paşinyanın Arayik Arutyunyanla intensiv gündəlik təmas qurduğunu  vurğulamağı vacib hesab edirik. Bu halı Araik Arutyunyan da ictimai çıxışlarında və müxtəlif formatlarda təsdiqləyib.

Bir daha xatırlatmaq istərdik ki, 2022-ci ilin sonunda Laçın dəhlizinin bağlanması ətrafında yaranmış böhranın idarə olunması və Qarabağ ermənilərinə dəstək məqsədilə Baş nazirin müavini Tiqran Xaçatryanın rəhbərliyi ilə işçi qrup yaradılıb. Nazir Tiqran Xaçatryanın vəzifəsi “Dağlıq Qarabağ hakimiyyəti” (qondarma-red.) ilə humanitar məsələlərə nəzarət etmək və lazımi təcili yardımı, göstərməkdir. İşçi qrupuna səhiyyə, əmək və sosial məsələlər, ərazi idarəetmə və infrastruktur, iqtisadiyyat nazirləri, eləcə də digər dövlət qurumlarının nümayəndələri daxildir”,-deyə Ermənistan hökumətinin sözçüsü bildirib.

Göründüyü kimi Ermənistan hakimiyyəti Azərbaycanın dövlətinin tərkib hissəsi sayılan bir əraziyə açıq müdaxilə etməyi nəinki inkar edir, hətta bunu həyasızlıqla rəsmi şəkildə təsdiqləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR