Onlayn ictimai-siyasi qəzet
Fövqəladə Hallar Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə göndərdiyi humanitar yardıma daxil olan məhsullar açıqlanıb.
Musavat.com xəbər verir ki, bu barədə Nazirliyin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev bildirib.
Onun sözlərinə görə, yardıma un, çörək, yağ, şəkər tozu, çay, konfet, makaron, vermişel, bulqur və düyü məhsulları daxildir.
Bundan başqa, ermənilərə gigiyenik məhsullar da göndərilib.
Qeyd edək ki, sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları olan iki yük avtomobili ilə ərzaq və gigiyenik vasitələr Ağdam rayonundan Xankəndi istiqamətinə yola salınıb.
14 May 2025
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ