İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə küçələri su basdı

Gəncə şəhərində intensiv yağan yağış nəticəsində sel hadisəsi qeydə alınıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu gün gecə saatlarından etibarən şəhərə güclü yağış yağıb.

Yağıntı nəticəsində bir neçə küçəni sel suları basıb. Avtomobillərin və piyadaların hərəkətində ciddi çətinliklər yaranıb.

Hazırda Gəncədə leysan xarakterli yağış davam edir.

Qeyd edək ki, qərb bölgəsini əhatə edən bir sıra rayonlarda da yağıntılı hava şəraiti müşahidə olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

13 May 2025

BÜTÜN XƏBƏRLƏR