İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər üçün ŞOK QƏRAR: Bu ölkəyə giriş YASAQLANDI

Ermənistanın Rusiyaya SU 30 qırıcılarını göndərməsi barədə xəbər Ukraynada böyük rezonansa səbəb olub və rəsmi İrəvanın məkrli siyasətinə qarşı ölkəboyu nifrət yaranıb.

Bu barədə Musavat.com Ukraynadakı mötəbər mənbəyə istinadən xəbər verir. Məlumata görə, rəsmi səviyyədə qərar açıqlanmasa da, qeyri-rəsmi olaraq Ermənistan vətəndaşlarının Ukrayna ərazisinə girişi yasaq edilib. Konkret olaraq Macarıstandan Ukraynaya gəlmək istəyən 3 Ermənistan vətəndaşının sənədləri Sərhəd Buraxılış Məntəqəsində yoxlanılıb, onlara Ukraynaya nə məqsədlə gəldikləri barədə çoxsaylı suallar ünvanlanıb, yekun da isə “Ukraynada müharibə gedir, müharibə gedən ölkəyə daxil ola bilməzsiniz”, deyilərək, onlar geri qaytarılıb. Mənbəmiz bildirdi ki, bu hadisənin şahidləri ona danışıb. Ukraynada artıq ermənilərə etimad qalmayıb və onlar istisna etmirlər ki, Ermənistandan bu ölkəyə daxil olan ermənilər hər hansı diversiya-təxribat planlarında yer ala bilərlər.

Buna qədər də çoxlu sayda erməni ya əsir düşüb, ya da məhv edilib. Amma SU 30-larla bağlı faktlar Ukraynada qəzəb doğurub. Eyni zamanda sərhəd və gömrük məntəqələrində çalışan ukraynalılar bildiriblər ki, Emənistanın satqın mövqeyindən sonra onlar bu ölkə ilə bağlı mövqelərini adekvat addımlar atacaqlar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR