Onlayn ictimai-siyasi qəzet
“Ermənilər Qarabağ problemindən çox yorulublar. Onların bəziləri Qarabağı yük kimi, ölkənin normal inkişafına imkan verməyən dolaşıq kimi qəbul edir, ən uzun iki sərhədin bağlanmasına, Ermənistanın regional iqtisadi dövrədən çıxmasına gətirib çıxarır”,
Ölkə.Az xəbər verir ki, bu barədə Polşanın aparıcı analitik mərkəzlərindən biri - OSW-nin eksperti Voyçex Qureski bildirilib.
O vurğulayıb ki, Ermənistandan bir dənə də olsun mühüm magistral keçmir: "Ermənistan regional layihələrdən faydalanmır. Məsələn, Xəzər qazı Azərbaycandan Gürcüstan vasitəsilə gəlir, baxmayaraq ki, o, Ermənistandan keçə bilərdi".
Sözügedən ekspert Polşa Şərqi Avropa Araşdırmaları Mərkəzi OSW-nin Türkiyə, Qafqaz və Mərkəzi Asiya üzrə baş mütəxəssisidir. Keçmişdə 2002-2007-ci illərdə 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin şərtlərini araşdırmaq üzrə Aİ nümayəndəliyində ekspert olub. 2002-2007-ci illərdə Polşanın Bakıdakı səfirliyinin birinci katibi, sonra müşaviri olub.
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ