İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər növbəti təxribata HAZIRLAŞIR: fitvaçı kimdir – Rusiya, yoxsa İran? - Ərəstun Oruclu ilə “Canlı debat”

İkinci Qarabağ Müharibəsindən iki il yarıma yaxın vaxt ötsə də, Ermənistanla nə sülh müqaviləsi imzalamaq mümkün olub, nə də delimitasiya həyata keçirmək. Birmənalı şəkildə buna əngəli də Ermənistan və onun havadarları törədib. Hər dəfə sülh masasına oturmaq ərəfəsində Ermənistan atəşkəsi pozub, diversiya törədib. Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Nəticədə hərbi qulluqçularımız şəhid olub və yaralanıblar.

Ermənistanın təxribatlarına adekvat reaksiya verilib və düşmən susdurularkən Ermənistanın xüsusi təyinatlı ordu korpusunun komandiri yaralanıb, xeyli erməni hərbçisi isə öldürülüb. İlkin məlumata görə ölən ermənilərin sayı 6 nəfərdən çoxdur. İndiki həssas məqamda sərhədlərin müəyyənləşdirilməsindən danışıldığı, Laçın yolunun başlanğıcında post quraşdırılması mərhələsində bu təxribatın baş verməsi təsadüfi deyil. Ermənistan buna öncədən hazırlanıb və təhrik edilib. Son iki gündə - Paşinyan Rusiya prezidenti Vladimir Putinlə danışdıqdan sonra eskalasiyadan, vəziyyətin gərginləşməsindən danışırdı və aydın görünür ki, məqsəd öncədən planladıqları təxribatla bağlı alibi yaratmaq olub.

Laçın yolunda post qoyulması prosesi ilə bağlı Ermənistanın bu təxribatı Rusiyanın təsiri, təhriki ilə törədə biləcəyinə dair iddialar var. Azərbaycan 30 illik işğal dövründə ermənilərin irəli çəkdiyi dövlət sərhədini hazırda xəritələrə uyğun bərpa edir. Ermənistan isə bunu əngəlləmək üçün min oyundan çıxır. Ekspertlər bu versiyanı da irəli sürür ki, Ermənistan bu təxribatı törətməklə Avropa İttifaqın müşahidə missiyasına da guya təhdid altında olduqlarına dair görüntü yaratmaq hiyləsinə əl atır.

Eyni zamanda Azərbaycana qarşı məkrli planlar quran və Laçın yolunda post qurulması məsələsində təxribatçı açıqlamalar verən İranın da Ermənistanı fitvalaya biləcəyi ehtimalı böyükdür. Mümkündür ki, İran Ermənistanla hərbi müttəfiqlik haqda saziş imzaladığını bəhanə edərək, Zəngəzura hərbi qüvvələrini cəlb etsin, bununla xof yaratmağa çalışsın.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Şərq Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR