Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Tulsi Qabbardı ABŞ Milli Kəşfiyyatının direktoru təyin etmək qərarına gəlib.
Musavat.com-un məlumatına görə, bu barədə Trampın keçid komandası bəyanat yayıb.
Bəyanatda deyilir ki, keçmiş konqresmen polkovnik-leytenant Tulsi Qabbard həm Respublikaçılar, həm də Demokratlar partiyalarından geniş dəstəyə malikdir.
Bilirəm ki, Tulsi bizim konstitusiya hüquqlarımızı müdafiə edərək və güc vasitəsilə sülhü təmin edərək, onun görkəmli karyerasını müəyyən edən qorxmaz ruhu kəşfiyyat cəmiyyətimizə gətirəcək. Tulsi hamımızı qürurlandıracaq!” - Tramp deyib.
Bəyanat yayılan kimi erməni mediası “ABŞ-ın erməni strukturları ilə yaxşı münasibətlər saxlayan Tulsi Qabbard ABŞ Milli Kəşfiyyat Xidmətinin direktoru olacaq”,- deyə sevincək xəbər yayıb.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ